Bakıda “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin yaranmasının birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, tədbir zamanı “Nine Senses” animasiya və bədii fotoqrafiya studiyası tərəfindən hazırlanmış videoçarx və animasiya filmi təqdim olunub.
Tədbir iştirakçıları, həmçinin rəsm, nevroqrafiya, suda rəsm, animasiya və rəqəmsal fotoqrafiya dərslərində iştirak edə biləcəklər: “Bu il ərzində biz “Nine Senses”də 430 master-klas, 6 sərgi, 90 xeyriyyə aksiyası təşkil etdik. Demək olar ki, hər həftəsonu bizi 100-ə yaxın insan ziyarət edir və yay mövsümünə yaxınlaşdıqca ziyarətçilərin sayı artacaq”, – “Nine Senses”in akademik direktoru Natalya Jukova bildirib.