İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) məşhur skripkası Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 11,25 milyon dollara satılıb.
Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, hərrac 8 milyon dollardan başlayıb, lakin məbləğ saniyələr ərzində artmağa başlayıb.
Məlumata görə, skripkanın alıcısı anonim qalmaq istədiyini bildirib.
1714-cü ildə hazırlanan “Joachim-Ma” skripkası Stradivarinin qızıl dövrünə aid olub.
Bu alət öz adını iki məşhur keçmiş sahibindən, virtuoz Cozef Yoahimdən (1831-1907) və Çinli skripkaçı və müəllim Ma Sihongdan (1925-2009) alıb.