Daha öncə də xəbər verdiyimiz kimi tanınmış türk musiqi qrupu MFÖ-nün üzvlərindən biri (Mazhar, Fuat, Özkan) Özkan Uğurun 3 ay idi ki, xəstəxananın reanimasiya bölməsində yatdığı müəyyən edilmişdi.
Uvertura.az xəbər verir ki, musiqiçi iyulun 8-də uzun çəkən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, o, ilk dəfə 2013-cü ildə xərçəng xəstəliyinə tutulmuşdu, ancaq hər dəfəsində isə sağalmışdı. Artıq sayca 3-cü idi ki, o xəstəxanaya yerləşdirilirdi.