Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında cari ilin sonuna qədər dörd yeni tamaşa təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən Uvertura.az-a bildirilib ki, Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşadır.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.