Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Mədəniyyət

Bu gün görkəmli dirijor Əşrəf Həsənovun anım günüdür

Bu gün musiqişünas, Xalq artisti, pedaqoq Əşrəf Həsənovun anım günüdür.

Uvertura.az xəbər verir ki, görkəmli dirijorun vəfatından 41 il ötür.

Əşrəf Həsən oğlu Həsənov 1909-cu il yanvarın 24-də Nuxada (indiki Şəki şəhərində) anadan olub. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil alıb.

1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik edib. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik edib. Dosent idi.

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir Hacıbəyli), “Aşıq Qərib” (Zülfüqar Hacıbəyov), “Şahsənəm” (Reynqold Qlier), “İvan Susanin” (Mixail Qlinka), “Knyaz İqor” (Aleksandr Borodin), “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “İolanta” (Pyotr Çaykovski), “Qar qızı” (Nikolay Rimski-Korsakov), “Su pərisi” (Aleksandr Darqomıjski), “Aleko” (Sergey Raxmaninov), “Traviata”, “Aida” (Cüzeppe Verdi), “Karmen” (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərlərində olub.

Görkəmli dirijor 10 iyun 1959-cu ildə “Azərbaycan SSR Xalq artisti”, 23 aprel 1940-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adları, 17 aprel 1938-ci ildə “Şərəf nişanı” ordeni, 23 yanvar 1979-cu ildə isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat edib.

 

Oxşar Xəbərlər