Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə keçirilən Laçın Şəhəri Günü tədbirləri davam edir.
Uvertura.az xəbər verir ki, qonaqlar əvvəlcə “Lacinema” kinoteatrında “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi ilə tanış olublar.