16 noyabr tarixində İçərişəhərdə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına dəstək məqsədilə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb.
Uvertura.az Report-a istinadən xəbər verir ki, Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunur.
Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanat kimi yerli və xarici qurama sənətçilərinin əl işləri ilə tanış ola bilərlər.