Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Təbiətin səsi” adlı sərgi təşkil edilib.
Uvertura.az Lent.az-a istinadən xəbər verir ki, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında çalışan dərnək üzvlərinin və Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş olunub.
Sərgi 25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək. Açılışdan sonra isə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu altında konsert proqramı həyata keçirilib.