Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə CinemaPlus-da yerli klassik animasiya filmlərinin nümayişi keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin moderatoru Sevda Sultanova, nümayişə dəstək verən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü ifadə edib.
Nümayişdən sonra “Seans” animasiya filminin müəllifi Firəngiz Qurbanova, “Güzgü” filminin rejissoru Elçin Hami Axundov və “Sükutun pozulması” ekran işinin rejissoru Məsud Pənahi iştirakçıların suallarını cavablandırıblar.