Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə paylaşımı ilə diqqətləri üzərinə çəkib.
Uvertura.az xəbər verir ki, sənətçi şəxsi İnstaqram hesabında atası Hilal bəyin fotosunu izləyiciləri ilə bölüşüb.
Meyxanaçı, atası Hilal bəyin 83 yaşı olduğunu bildirib və ad günü münasibətilə onu təbrik edib. O, paylaşımında belə yazıb: “Həm atamızdır, həm anamızın yadigarı. Bu gün onun 83 yaşı tamam olur. Nə qədər könlümüz açılmasada, çalışırıq müxtəlif bəhanələrlə əhvalımızı yüksəldək. Allah bütün böyüklərimizi qorusun.”
Qeyd edək ki, Namiq Qaraçuxurlunun anası Qənirə xanım bu ilin sentyabrın 24-də vəfat edib.