“Aşk-ı Memnu” serialının məşhur aktyorları Hazal Kaya (Nihal), Selçuk Yöntem (Adnan) və Beren Saat (Bihter) uzun zaman sonra bir araya gəliblər.
Uvertura.az xəbər verir ki, bu görüş Kenan Doğulunun konsertində baş tutub. Beren Saat sosial media hesabında bu barədə paylaşım edib.
Ən son, fevral ayında Beren Saatın doğum günündə bir araya gələn aktyorlar, 2008-2010-cu illərdə Kanal D-də yayımlanan “Aşk-ı Memnu” serialının baş rollarında çıxış ediblər. Beren Saat Bihteri, Kıvanç Tatlıtuğ isə Behlülü canlandırıb.