Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, bədii rəhbər və baş dirijor, respublikanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti baş tutub. Gecənin solisti isə məşhur pianoçu Mixail Lidski (Rusiya) olub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir kİ, konsertdə Yohans Bramsın Fortepiano və orkestr üçün 2 nömrəli konserti si-bemol major (Op.83) və 3 nömrəli simfoniyası fa major (Op.90) ifa edilib.
Konsert, çoxsaylı klassik musiqi həvəskarlarını, mədəniyyət nümayəndələrini və incəsənət xadimlərini bir araya gətirib. Rusiyalı pianoçunun, Azərbaycan orkestrinin müşayiəti ilə çıxışı böyük alqışlarla qarşılanıb.