Dünya Xəbərləri

Elon Musk X adını “Kekius Maximus” olaraq dəyişdirdi

Elon Musk X platformasındakı istifadəçi adını “Kekius Maximus” olaraq dəyişdirdi və qladiator zirehləri geymiş Qurbağa Pepe şəklini profil şəklinə çevirdi.

Uvertura.az xəbər verir ki, Ad dəyişikliyi ilə bağlı açıqlama verməyən Maskın 2000-ci ildə çəkilmiş “Qladiator” filmi və Qurbağa Pepeyə göndərmə etdiyi düşünülür.

Bu hərəkət sosial mediada diqqət çəksə də, kriptovalyuta dünyasında “Kekius Maximus” adlı rəqəmsal valyutanın dəyərinin yüzdə 400 artmasına səbəb olub.

You may also like