Türkiyənin tanınmış aktrisası Bedia Ener Öztep 70 yaşında vəfat edib.
Uvertura.az NTV-yə istinadən xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Xatırladaq ki, Bedia Ener Öztep “Yaprak dökümü” serialı ilə daha geniş tanınıb.
O, 1954-cü ildə İstanbulda anadan olub və karyerası boyunca bir çox film və teleserialda iştirak edib.