Aktyorlar Elşən Orucov, İlkin Həsəni, Nicat Rəhimov və Ramil Babayev bir araya gəliblər.
Uvertura.az xəbər verir ki, dostları və həmkarları Azər Baxşəliyevin ölümündən sonra ilk dəfə bir araya gəliblər.
Görüntünü Elşən Orucov “Bircə sən yoxsan…” şərhi ilə şəxsi hesabında paylaşmışdır.
Xatırladaq ki, Azər Baxşəliyev yanvarın 5-də vəfat edib. Mərhum uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi.
A.Baxşəliyev daha çox “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə tanınmış və sevilmişdi.