“Survivor Türkiye”nin məşhur iştirakçısı Turabi Çamkıran haqqında, son günlər yayımladığı mahnısına görə həbs qərarı çıxarılıb.
Uvertura.az Türkiyə mediasına istindandən xəbər verir ki, Turabi barəsində “əxlaqsızlığın təbliği” maddəsi ilə cinayət işi açılıb.
Əlavə olaraq, “Turbo” ləqəbli Turabinin yayımladığı mahnı, ictimaiyyətdə mübahisələrə səbəb olub. Mahnının qadını alçaldan və ictimai əxlaqa zidd olan məzmunu, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsinə səbəb olub.
Ankara Prokurorluğu isə mahnının girişini bloklayıb.