Türkiyəli müğənni Murat Dalkılıç bir daha burnundan əməliyyat olunub.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, burnunda sümük problemi olan müğənninin keçirdiyi 11-ci əməliyyatdır.
Murat Dalkılıç daha əvvəl burnundakı problemlə bağlı açıqlama vermişdi:
“Xəstəliyim var. Burnumun sümükləri çıxırdı. Həkim həmin sümükləri götürəndə qığırdaqlarımı da çıxardı. Həyatımın ən çətin dövrləri bundan sonra başladı.”