Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Kino Mədəniyyət

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı özbək dilində sənədli film hazırlanıb

Özbəkistan ictimaiyyətinə Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanıb və bu ölkənin ən populyar xəbər portallarından biri olan Kun.uz-un YouTube kanalında yayımlanıb.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, “Xocalı soyqırımı – bəşər tarixinin qanlı səhifəsidir” adlı film faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşdüyünü vurğulayır. Burada yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı və doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı qeyd edilir.

Filmdə həmçinin Ermənistanın tarixi boyu Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək işğalçılıq siyasəti apardığı və soyqırım cinayətləri törətdiyi bildirilir.

Vurğulanır ki, Azərbaycan uzun illər işğal altında olan torpaqlarını azad edib və Prezident İlham Əliyev işğaldan azad olunmuş Xocalı şəhərində və digər ərazilərdə Azərbaycan bayrağını ucaldıb.

Sənədli filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin ağır texnika, tank və iriçaplı silahlarla Xocalıya hücum etdiyi, şəhərin yerlə-yeksan edildiyi qeyd olunur. Həmin gecə 7 min nəfərlik əhalisi olan şəhərdə qocalar, qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə insan amansızlıqla qətlə yetirilib.

Faciənin nəticələri barədə statistik məlumatlar təqdim olunur: 106 qadın, 63 uşaq, 70 yaşlı insan öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyi hələ də naməlumdur.

Ermənistan ordusu və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bu hücumda iştirakı, Xocalının strateji mövqeyinin və tarixi-mədəni əhəmiyyətinin şəhərin hədəf seçilməsinə səbəb olduğu vurğulanır. Faciənin əvvəlcədən planlaşdırılmış soyqırım siyasətinin bir hissəsi olduğu bildirilir.

Bundan əlavə, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının aparıldığı qeyd edilir.

“Xocalı soyqırımı – bəşər tarixinin qanlı səhifəsidir” adlı filmi bu link vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1.

You may also like