Türkiyənin “Show TV” kanalında yayımlanan və bu həftə final bölümü çəkilməsi planlaşdırılan “Siyah Kalp” serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktyorların yer aldığı serial mövsümün sonuna qədər yayımlanmağa davam edəcək.
Bu qərarın verilməsində serialın reytinqlərinin artmasının əsas rol oynadığı bildirilir.
Qeyd edək ki, “Siyah Kalp” Kapadokyada çəkilir. Serialda baş rolları Burak Tozkoparan (“Cihan”), Ece Uslu (“Sumru”), Aras Aydın (“Nuh”) və Leyla Tanlar (“Sevilay”) canlandırır.