Mədəniyyət

Naxçıvanda Bahar festivalı keçirilir

Naxçıvanda “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb.

Uvertura.az reporta istinad edir ki,  iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Milli geyimli Bahar qız bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

Bahar festivalının ilk günü Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşıb.

Festival martın 23-dək davam edəcək.

You may also like