M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkarlar Soltan Hacıbəyovun 105, İsmayıl Hacıbəyovun isə 75 illik yubileylərinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Uvertura.az xəbər verir ki, tədbirin əvvəlində musiqişünas Vəfa Abbasova tamaşaçılara hər iki bəstəkarın yaradıcılığı barədə ətraflı məlumat verərək konsertin proqramı haqqında danışıb.
Ardınca Əməkdar artist, bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnəyə çıxaraq bəstəkarların əsərlərindən ibarət repertuarla çıxış edib.