Şou-biznes

Türkiyəli məşhur aktyor ağır yol qəzası keçirdi – vəziyyəti kritikdir

Türkiyənin tanınmış aktyoru Berk Atan yol qəzasına düşüb.

Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun olduğu çəkiliş avtomobili İstanbuldan Sivrihisara gedərkən qəza törədib.

İlkin məlumata əsasən, aktyorun onurğa və qabırğalarında sınıqlar aşkarlanıb, vəziyyəti ağırdır. Hazırda o, həkim nəzarətindədir.

Qeyd edək ki, Berk Atan “Her Şey Yolunda Merkez”, “Güneşin Kızları”, “Dayan Yüreğim” kimi seriallarda rol alıb. O, hal-hazırda TRT-də yayımlanan “Gönül Dağı” serialında baş rolu canlandırır.

Yaxınlarından və səhiyyə qurumlarından gələcək rəsmi açıqlamalar gözlənilir.

You may also like