Azərbaycan ədəbiyyatı tarixində hekayə janrında dərin iz qoymuş S.S. Axundovun «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Bu hekayə ölkəmizdə məşhur, həm də çox sevilən əsərlərdən biridir.
Uvertura.az xəbər verir ki, bu hekayə ölkəmizdə məşhur, həm də çox sevilən əsərlərdən biridir. Xalq yazıçısı Abdulla Şaiq yazıçı ilə birlikdə bu hekayəni səhnələşdirir. Tamaşa hələ ötən əsrin qırxıncı illərindən başlayaraq, teatrımızın repertuarının ən uğurlu tamaşalarından biri olmuşdur.
Teatr “Qaraca qız” əsərinə müasir gəncliyin gözü ilə baxaraq, onun tərbiyəvi əhəmiyyətini nəzərə alıb tamaşaçılara hədiyyə etdi.