Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hərb tariximizdə xüsusi yeri olan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edən “Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski – 130” adlı daycest və videomaterial hazırlanıb.
Bu barədə uvertura.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən materialda bir sıra rəsmi sənədlərlə yanaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Sərkərdə” məqaləsinin tam mətni, 2015-2024-cü illərdə general haqqında dövrü mətbuatda dərc edilən 20-dən çox məqalənin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.