MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilib.
Bu münasibətlə 25–29 avqust 2025-ci il tarixlərində Laçın şəhərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçiriləcək. Layihə 26 avqust – “Laçın şəhəri Günü”nə həsr olunub.
Uvertura.az xəbər verir ki, Laçında keçiriləcək bu beynəlxalq layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına mühüm töhfə verəcəkdir.