Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.

Uvertura.az  xəbər verir ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.

Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onların 130 mindən çoxu birinci sinifdə, 552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsil səviyyəsində oxuyacaq.

You may also like