Mədəniyyət

Bakıda 8-ci Türkiyə–Azərbaycan Türk Film Günləri keçiriləcək

26–30 sentyabr tarixlərində Bakıda 8-ci Türkiyə–Azərbaycan Türk Film Günləri keçiriləcək.

Uvertura.az xəbər verir ki, tədbirin açılışı 26 sentyabrda Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsi ilə baş tutacaq.

Bu ilki Film Günlərinin fəxri qonağı — Türkiyənin tanınmış kino aktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana səfər edəcək sənətkar qala gecəsində tamaşaçılarla bir araya gələcək. Açılışda Hülya Koçyiğitin baş rolunu canlandırdığı məşhur “Gəlin” filmi nümayiş olunacaq.

You may also like