Astanada “Əlem əyeni” adlı ilk beynəlxalq türk incəsənəti festivalı keçirilir.
Uvertura.az xəbər verir ki, festival Türk dünyasının mədəni irsini geniş şəkildə təbliğ etmək, yaradıcı əməkdaşlığı genişləndirmək və ənənəvi incəsənətin müasir formalarını nümayiş etdirmək məqsədilə təşkil olunur. Tədbirdə türk dövlətlərinin tədqiqat institutlarının və mədəniyyət təşkilatlarının nümayəndələri, musiqişünaslar, incəsənət tarixçiləri, etnoqraflar, ənənəvi xalq çalğı alətləri ustaları, magistr və doktorantlar, yaradıcı qruplar, eləcə də dövlət, ictimai və mədəniyyət xadimləri iştirak edirlər.
Festivalda Azərbaycanı Bəstəkarlar İttifaqının üzvü İmina Əliyeva təmsil edir.
