Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası təqdim edilib.

Mədəniyyət Nazirliyindən Uvertura.az-a bildirilir ki, səhnədə klassik musiqi ilə dramatik ifa bir araya gələrək tamaşaçılara unudulmaz anlar yaşadıb. Opera truppasının ifaçıları həm vokal, həm də səhnə performansları ilə yüksək peşəkarlıq nümayiş etdiriblər.

Budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa ediblər. Digər rolları Əməkdar artistlər İlkin Əhmədov, Elxan Mansurov, solistlər Taleh Yahyayev, Nəzər Bəylərov, Mütəllim Dəmirov və Pərviz Verdiyev canlandırıblar. Onları tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

You may also like