Mədəniyyət

“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı olub

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən hazırlanan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı çapdan çıxıb. Kitabın təqdimat mərasimi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində keçirilib.

Bu barədə Uvertura.az-a Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, Asəf Zeynallı irsinin tədqiqatçısı, professor Nazim Kazımov, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov çıxış ediblər. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Asəf Zeynallının musiqi mədəniyyəti salnaməmizdəki yerindən danışılıb, nəşrin əhəmiyyəti vurğulanıb. Kitab bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi səciyyələndirilib.

You may also like