Teatr

Kukla Teatrında “Qış nağılı”

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası keçirilib.

Bu barədə Uvertura.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr olub.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

You may also like