Mədəniyyət

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyi qeyd edilib

Yanvarın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

Uvertura.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.

Gecənin bədii hissəsində Xalq artistləri Yusif Eyvazov, Salman Qəmbərov, Aygün Bayramova, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Abbas Bağırov, solistlər Sevda Ələkbərzadə, Fərid Əliyev, Zamiq Hüseynov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Leyla Rəhimova, Azad Şabanov, Anar Şuşalı və Taleh Yahyayev Rəşid Behbudovun xatirəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.

You may also like