magbo system
Mədəniyyət

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim edilib və nümayişdə Leyla Əliyeva iştirak edib.

Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Uvertura.az xəbər verir ki, festival Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.

You may also like