Martın 3-də Gürcüstanın paytaxtı Tbilisidə “Səthin o tayında” adlı beynəlxalq sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Kanada, Türkiyə, Yeni Zelandiya və Gürcüstandan olan rəssamların əsərləri nümayiş etdirilir.
Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycanın 44 rəssamının xalçaçılıq, sulu boya, qobelen və yağlı boya texnikalarında hazırladığı 100-dən çox əsər təqdim olunub. Sərginin məqsədi Azərbaycan mədəniyyətini və rəssamlıq sənətini beynəlxalq ictimaiyyətə tanıtmaqdır.
Qeyd olunub ki, incəsənət sərhəd tanımayan bir dil kimi müxtəlif xalqlar arasında mədəni dialoqu və əməkdaşlığı gücləndirməyə xidmət edir.
