Bu gün görkəmli ictimai-siyasi xadim, həkim və yazıçı Nəriman Nərimanovun anadan olmasının 156 ili tamam olur.
Uvertura.az görkəmli dövlət xadiminin doğum günündə onun həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
1870-ci ildə Tiflisdə dünyaya gələn Nərimanov ömrünü xalqının maariflənməsinə və inkişafına həsr edib. O, gənc yaşlarından təhsil və mədəniyyətin inkişafı üçün çalışmış, Bakıda kitabxana açaraq maarifçilik fəaliyyətinə başlamışdır.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasında yaxından iştirak edən Nərimanov dövlət xadimi kimi də mühüm rol oynayıb. Bununla yanaşı, “Nadir şah” kimi əsərlərin müəllifi olan Nərimanov ədəbiyyat sahəsində də dəyərli irs qoyub.
1925-ci ildə Moskvada vəfat edən Nəriman Nərimanovun xatirəsi bu gün də Azərbaycan xalqı tərəfindən ehtiramla yad olunur. Onun adı paytaxtın rayonlarından birinə, prospektlərə verilib, xatirə muzeyi fəaliyyət göstərir.
Allah rəhmət eləsin!
