İstanbulda azərbaycanlı rəssam Elçin Mustafayevin “Şəhərin yaddaşı” adlı fərdi sərgisi açılıb. Karamanoğlu Mehmetbey Universitetinin müəllimi olan rəssamın sərgisi Hasan Sarıtaş Qalereyasında təşkil olunub.
Uvertura.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın tanınmış sənətkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İstanbul gecələrinə həsr olunan sərgi şəhəri yalnız fiziki məkan kimi deyil, kollektiv yaddaşın daşıyıcısı kimi təqdim edir. Rəssamın əsərlərində işıq yaddaşı ifadə edən əsas element kimi çıxış edir, memarlıq detalları isə keçmişlə müasirlik arasındakı əlaqəni vurğulayır.
Sərgi mayın 11-dək davam edəcək.
