magbo system
Dünya Xəbərləri

İsrail səbəbindən beş ölkə “Avroviziya”nı boykot edib

İsrailin “Avroviziya-2026” mahnı müsabiqəsində iştirakına etiraz olaraq bir sıra Avropa ölkələri yarışma ilə bağlı qərar qəbul edib.

Uvertura.az xəbər verir ki, “BBC”nin yaydığı məlumata əsasən, İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya milli televiziya kanallarında müsabiqəni yayımlamayacaqlarını açıqlayıblar.

Bildirilir ki, qərarın əsas səbəbi İsrailin yarışmada təmsil olunmasıdır. Sözügedən ölkələr İsraili Qəzza zolağında həyata keçirilən əməliyyatlarla bağlı tənqid edir və bəzi telekanallar bu iştirakın müsabiqədə bərabər şərait prinsipinə uyğun olmadığını düşünür.

You may also like