Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb.
Vəsaitin əsas məqsədi şairin həyat və yaradıcılığını, ədəbi irsini və Azərbaycan ədəbiyyatındakı mövqeyini xüsusilə gənc oxucular arasında daha geniş tanıtmaqdır.
Nəşrdə Qabilin yaradıcılığına dair məqalələr, ədəbi irsinin təbliği ilə bağlı materiallar, həmçinin kitabxanalarda keçirilə biləcək ədəbi gecə, sərgi, müzakirə və digər maarifləndirici tədbirlərə dair metodiki tövsiyələr yer alıb.
Uvertura.az xəbər verir ki, kitabxana əməkdaşları, müəllimlər, tələbələr, tədqiqatçılar və ədəbiyyatsevərlər üçün nəzərdə tutulan vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
