Bu gün Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Yaşar Nurinin doğum günüdür.
1951-ci il sentyabrın 3-də Bakıda anadan olan sənətkar yaradıcılığı boyunca teatr, kino və televiziya tamaşalarında çoxsaylı yaddaqalan obrazlar yaradıb.
“Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Lətifə” və “Qətl günü” kimi ekran əsərlərindəki rolları ilə tamaşaçıların böyük sevgisini qazanan Yaşar Nuri Azərbaycan aktyorluq sənətində özünəməxsus iz qoyub.
Xalq artisti 2012-ci il noyabrın 22-də vəfat edib.
