21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
“Həyat ekrandan böyükdür” devizi altında təşkil olunacaq sərgidə 30 xarici ölkədən 59 təşkilat və 147 yerli müəssisə iştirak edəcək.
Uvertura.az xəbər verir ki, sərgi çərçivəsində yerli və xarici yazarlarla görüşlər, kitab təqdimatları, imza günləri, ustad dərsləri və müxtəlif mədəni tədbirlər baş tutacaq.
Tədbirin əsas məqsədi mütaliəyə marağı artırmaq və beynəlxalq ədəbi əməkdaşlığı genişləndirməkdir.
