Novruz xalqımızın sevimli bayramıdır. Təbiətə yenilik, evlərə istilik gətirir. Novruzun gəlişinə xalqımız 1 ay əvvəldən hazırlaşır. Hər həftənin çərşənbə axşamı onu milli adət-ənənələr ilə qarşılamağa hazırlaşır.
Novruzun gəlişi su, od, yel və torpaq çərşənbələri ilə qarşılanır. Torpaq çərşənbəsi həm də ilaxır çərşənbə axşamı kimi qyd edilir. Mart ayının 20-si bayram axşamı ailə süfrə arxasında toplanır. Həyətdə gənclər ocaq qalayır, üzərindən atlayır. El inancına görə ocaq üstündə tullananda bütün ağırlıq ocaqda yanır və yüngül şəkildə növbəti ilə keçilir.
Bayram axşamı gənc xanımlar müxtəlif fallarla onu daha da rəngarəng vəziyyətə gətirirlər. Belə ki, bayram axşamı bi stəkan suyun içinə üzük sallayan gənc xanım hansı yaşda ailə quracağını təxmin edir. Həmin gecə qonşunu pusan şəxs eşitdiyi sözlərə uyğun gələcək addımlarını yozur.
Novruzun sizə xoş xəbərlər, sevinc dolu anlar, ruzi-bərəkət gətirməsini arzu edirik!