Odlar diyarı Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində ilk debütü 2008-ci ildə Elnur və Samir ilə olub və ölkəmiz ardıcıl 15 ildir ki, bu beynəlxalq yarışda iştirak edir. Onlar “Day After Day” mahnısı ilə 8-ci pillədə qərarlaşa bilmişdilər. Növbəti il isə Azərbaycanı Avroviziyada Aysel və Araş təmsil etmişdi və 3-cü pilləni fəth etmişdilər. 2010-cu ildə isə Səfurə Əlizadə Oslo şəhərində 5-ci olmuşdu.
Azərbaycan 4-cü cəhdində isə Eldar Qasımov və Nigar Camal ilə (Running Scared-mahnısı) birinciliyi əldə etmiş və 2012-ci ildə bu möhtəşəm musiqi yarışını paytaxta gətirə bilmişdilər. 2012-ci ildə isə ölkəmiz ev sahibliyi etdiyi Avroviziyada 4-cü olmuşdur. Səbinə Babayeva “When the Music Dies” mahnısını ifa etmişdi. Növbəti ildə isə Fərid Məmmədov musiqi sevənləri “Hold me 2013” ifası ilə sevindirmişdi. 2014-cü ildə isə Dilarə Kazımova Avroviziya səhnəsinə “Start a Fire” mahnısı ilə çıxmışdır. 2015-ci ildə Vyana şəhərində Elnur Hüseynov “Hour Of The Wolf” ifa etmişdir. 2016-cı ildə Səmra “Miracle”, 2017-ci ildə isə “Skeletons” ifası ilə Dihaj qrupu təmsil etmişdir. 2018-ci ildə isə Aysel Məmmədova “X My Heart”, 2019-cu ildə isə Çingiz Mustafayev “Truth” ifası ilə Avroviziyada iştirak etmişdilər.
2020-ci ildə mahnı müsabiqəsi koronavirus pandemiyasından dolayı təxirə salınmışdı. 2021-ci ildə isə Əfəndi “Mata Hari”ni ifa etmişdir. Eyni zamanda 2022-ci ildə isə Nadir Rüstəmli “Fade To Black” ifa etdi.
Nəhayət, 2023-cü ildə isə Azərbaycan özünün istedadlı gəncləri Tural və Turan Bağmanovları Liverpul şəhərində keçiriləcək Avroviziya səhnəsinə yola salacaq.