Aprelin 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni Emin qızı Əminəni doğum günü münasibəti ilə təbrik ediblər.
Uvertüra.az xəbər verir ki, L.Əliyeva qızının fotosunu “Instagram” hesabında paylaşaraq bu sözləri yazıb: “Sevimli Əminəmi ad günü münasibətilə təbrik edirəm! Sən günəşsən, sən səmasan, sən nursan, sən arzusan! Hər şeyə görə sənə minnətdaram! Allah dünyada bütün uşaqlara cansağlığı versin!”.
Eyni zamanda Emin də “Facebook” platforması üzərindən video paylaşıb. O, videonu “Ad günün mübarək, mənim Əminəm”, – sözləri ilə şərh edib.