Kanal D ekranlarında “Kraliçe” TV seriyası yayımlanmağa başlayıb. Baş qəhrəmanlardan biri olan məşhur aktyor, Ateş obrazını canlandıran Gökhan Alkan adıçəkilən filmdə portnyoru olan həmkarı Burcu Özberki tərifləyib.
“Onu çox bəyənirəm, haqqında nə desəm azdır. Mükəmməl bir insan və mükəmməl bir portnyordur. Bir-birimizi çox yaxşı başa düşürük və bir-birimizi çox yaxşı tamamlayırıq. Onun adını görsəm filmin çəkildiyi məkana sevə-sevə gedərəm”, – deyə əlavə edib.
TV seriyasında basketbolçu obrazında tamaşaçıları ilə görüşən Alkan bildirib ki, “Yaxşı bir basketbol oyununun pərəstişkarıyam, amma heç vaxt bu istiqamətdə təcrübəm olmayıb. Rol üçün isə professional dəstək almışam”.
Qeyd edək ki, film qısa zamanda tamaşaçıların diqqətini cəlb edib və maraqla qarşılanıb.