Bakının “NUR Art House” qalereyasında rəssam Rauf İsmayılovun xatirəsinə həsr olunmuş “Sənəti Yaşadan Unudulmaz” adlı fərdi sərgi keçiriləcək.
Uvertüra.az xəbər verir ki, sərgi 20-25 aprel tarixlərində davam edəcək. Giriş sərbəstdir. Ünvan: İcərişəhər, Qəsr küçəsi, 27.
Rəssam və keçəçi Rauf İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil almışdır.
İsmayılov 2021-ci ilin 14 aprel tarixində 63 yaşında dünyasını dəyişmişdir.