Avroviziya Mahnı Yarışması (Eurovision Song Contest) Almaniyanı təmsil edəcək “Lord Of The Lost”un “One Last Song” (Son bir mahnı) mahnısını rəsmi “YouTube” kanalında paylaşıb. Uvertüra.az bu haqda Avroviziya Mahnı Yarışmasına istinadən yazır.
Mahnı 5.21 milyon abunəçisi olan kanala yükləndikdən sonra cəmi 1 saatda 1K baxış əldə edib.
Əlavə edək ki, yarışma bu il Böyük Britaniyanın Liverpul şəhərində 9-13 may tarixlərində baş tutacaq. 2023-cü ildə 67-ci Avroviziya Mahnı Yarışmasında 37 ölkə iştirak edəcək.
Həmin mahnını təqdim edirik. https://www.youtube.com/watch?v=JefXBxvPElE