Ukraynada çıxan “Kiyev” ədəbi jurnalında “Azərbaycan şairi Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə” sərlövhəli məqalə dərc edilib.
Jurnalın 2021-ci il üzrə son (dekabr) nömrəsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çap olunan məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur.
Müəllif yazır: “Ukraynalı alimlərin tədqiqatları ilə daha yaxından tanış olduqca anladım ki, qarşıda hələ çox iş var. Düşünürəm ki, “Nizami ili” Ukraynada mühüm hadisələrlə zəngin idi, Ukraynanın nizamişünaslığa qayıdışı çox vacib idi. Əminəm ki, bu işlər davam edəcək…”.