“May ayının sonunda nəhayət ki, dizayn üzrə dünya bestselleri “Loqo Dizaynı Sevgisi” kitabı Azərbaycan dilində çıxır”.
Uvertüra.az xəbər verir ki, bu haqda Azərbaycan dizayn sferasında öz dəst-xətti ilə seçilən Rəsul Həsən özünün “Facebook” səhifəsində yazıb.
“Tamamilə yenilənmiş və məzmunu genişləndirilmiş, “Loqo Dizaynı Sevgisi” kitabının ikinci nəşri ilkin nəşrindən daha çox tədqiqat, daha çox eskiz, daha çox loqo, müştərilərlə işləmək üçün daha çox məsləhət, daha çox hekayə və işinizi düzgün aparmaq üçün daha çox praktiki məlumatı əhatə edir”, – deyə o, qeyd edib.
O, əlavə edib ki, “Onlayn və öncədən sifariş üçün xüsusi qiymət 20 AZN-dir. Çatdırılma ölkədaxili pulsuzdur”.
https://helm.az/loqo-dizayni-sevgisi/