Sevgi və həyat dolu, pozitiv enerjisi ilə seçilən amerikalı rəqqas, televiziya prodüseri Twitch kimi tanınan Stephen Boss-ın dekabrda heç kəsin gözləmədiyi anda intihar etməsi, istər ailəsini, istərsə də amerika cəmiyyətini şoka salmışdı.
Uvertüra.az NBC News TV kanalına istinadən xəbər verir ki, vəfatından sonra isə həyat yoldaşı TV-yə müsahibə verib.
Həyat yoldaşı isə müsahibəsində qeyd edib ki, “Belə bir hadisənin olacağını heç kim gözləmirdi. Həmçinin bu mənim qəlbimi qırır. Onun yaşadığı vəziyyətin heç bir əlamətini müşahidə etməmişdik”.
“O, hər kəsin super qəhrəmanı olmaq istəyirdi və bunu çox deyirdi. Mən sonunda özümə dedim ki, baş verən heç nəyi dəyişə bilmərəm”.
Qeyd edək ki, həyat yoldaşı Allison Holker mental problemlərdən əziyyət çəkən insanlara kömək olmaq üçün yeni bir cərəyan başladıb.