Bakıda “Nargis” Fondunun təşkilatçılığı ilə “YayLand Fest” xeyriyyə yarmarkası keçirilir.
Uvertüra.az xəbər verir ki, sponsorların maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Qeyd edək ki, xeyriyyə yarmarkası mayın 1-dən iyunun 15-dək Fəvvarələr Meydanında davam edəcək. Yarmarka hər gün iyunun 15-dək saat 11:00-dan 23:00-dək açıq olacaq, giriş isə pulsuzdur. Əlavə edək ki, “Nargis” Fondu 2013-cü ildən bu yana Bakının ən böyük qış yarmarkalarından biri hesab edilən “Soyuq əllər, isti ürəkləri” təşkil etməkdədir.